Avropa İttifaqı Suriya münaqişəsinin qurbanlarına 30 milyon avro ayıracaq
Moderator.az-ın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu qərarı Aİ Şurasının iclasında 27 ölkənin xarici işlər nazirləri verib.
Bu vəsaitin “Suriyanın hərbi əməliyyatlar gedən ərazilərindən olanqaçqınların ehtiyaclarının ödənilməsinə” yönəldiləcəyi nəzərdə tutulub.Bu vəsait humanitar qeyri-hökumət təşkilatları vasitəsilə ötürüləcək.Avropa Komissiyasının hesablamalarına görə, Suriya ərazisində olanqaçqınların sayı 2 milyon, Türkiyə, Livan və İordaniya ərazisindəsığınacaq tapanların sayı isə yarım milyon insan təşkil edir.
Şərhlər