Dünya 14:45 06.09.2017

Avropa İttifaqından miqrant qadağasına rədd cavabı

Avropa İttifaqı Macarıstan və Slovakiyanın müəyyən sayda miqrant almağa etdiyi etirazı rədd edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, iki il əvvəl Avropa İttifaqı Yunanıstan və İtaliyaya düşən miqrant sayını azaltmaq üçün digər ölkələrə miqrant qəbulu üçün öhdəlik qoymuşdu. Lakin bu qərar Macarıstan və Slovakiya tərəfindən icra edilmirdi. 

Qeyd edək ki, 2 il əvvəl qoyulan öhdəliyə əsasən hər ölkə 160 min miqrant qəbul etməli idi. Slovakiya, Macarıstan, Çexiya və Rumıniya bu qərara qarşı çıxmış, Macarıstan və Slovakiya isə rəsmi olaraq etiraz etmişdi.

Bu günə qədər 28 min miqrant Yunanıstandan digər ölkələrə göndərilib. Macarıstan 292 min miqrant qəbul edəcəyini desə də, bu qərar icra edilməyib. Slovakiya isə sadəcə 16 nəfəri qəbul edib.

Gülşən

Qaynarinfo.Az