İdman 15:34 22.12.2017

Avropada 170 milyonluq transfer

Yayda Neymar Kilian Mbappenin transferinə 400 milyon avrodan artıq pul xərcləyən PSJ transferə doymur. 

Qaynarinfo xəbər verir ki, Paris klubu daha bir böyük transferi reallaşdırmaq isətyir.

"Corriere Dello Sport"un iddiasına görə, PSJ "Latsio"dan Sergey Milinkoviç Saviçi heyətinə qatmaq istəyir. Fransızlar yayda bu futbolçu üçün İtaliya klubuna 170 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, bu futbolçunu "Mançester Yunayted" də istəyir. İngilislərin "Latsio"ya 100 milyon avro təklif etdiyi bildirilir.

"Latsio" Sergey Milinkoviç-Saviçi 2015-ci ildə "Genk"dən 18 milyon avroya alıb.