Dünya 12:36 08.04.2020

Avropada koronavirusdan 150 min insan ölə bilər

Böyük Britaniya Avropa ölkələri içərisində koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölə olacaq.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin Tibb Fakültəsi nəzdində fəaliyyət göstərən Səhiyə Dəyərləndirmələri İnstitutunun hazırladığı modeldə qeyd olunub. Aparılan araşdırmalara görə, Britaniyada ölü sayı İtaliya, İspaniya və Fransadan az olsa da, epidemiyanın yayılma arealı ölü sayının artacağını göstərir. Belə ki, aprel ayında Böyük Britaniyada koronavirusdan 66 min insanın öləcəyi ehtimal edilir.

Modelə görə İspaniya və İtaliyada ölü sayındakı artım ötən həftə pik həddə olsa da bu rəqəm getdikcə azalacaq. 
 
Camal