Avropada transfer bombası rəsmən partladı: 85 milyon avro

Avropada transfer bombası rəsmən partladı: 85 milyon avro

Avropada transfer bombası partlayıb. "Qaynarinfo" fanat.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" Romelu Lukakunun transferini rəsmən açıqlayıb.

"Qırmızı-şeytantlar"ın rəsmi saytından verilən açıqlamada bildirilir ki, belçikalı forvardın transferi ilə bağlı "Arsenal"la anlaşma əldə olunub. Açıqlamada həmçinin qeyd olunur ki, transferin rəsmiləşməsi üçün kiçik detallar və tibbi müayinə qalıb.

"Mançester Yunayted" transferin maliyyə tərəflərini açıqlamayıb. İngiltərə mətbuatının məlumatına görə, "Everton" bu transferdən 85 milyon avro qazanıb.

Qeyd edək ki, Lukaku Joze Mourinyonun başçılığı altında "Çelsi"də oynayıb. 2014-cü ildə sonra portuqaliyalı mütəxəssisin istəyi ilə "Everton"a 35,36 milyon avroya satılıb. Hazırda "Transfermarkt" ona 50 milyon avro qiymət qoyub.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR