Dünya 15:30 24.03.2018

Avropanın ən böyük vulkanı dənizə doğru hərəkət edir

İtaliyanın Siciliya adasında yerləşən Avropanın ən aktiv vulkanı Etna yanardağı Aralıq dənizinə doğru sürüşüb.

Qaynarinfo xəbər verir ki, "Bulletin of Volcanology" jurnalında yayımlanan məlumata görə, vulkan Carre qəsəbəsinə doğru 14 mm sürüşüb. 

Qeyd edək ki, alimlər aktiv vulkanda baş verən bu prosesin ilk dəfə müşahidə edildiyini və gələcəkdə təbii fəlakətlərə səbəb olmaması üçün diqqətdə saxlamağın vacibliyini vurğulayır.

Gülşən