Dünya 11:23 25.12.2018

Avropanın ən şimalında tarixin ilk soyğunu

Norveçin Svalbard adalarında yerləşən Lonqyerbayen şəhərində ilk dəfə bank soyğunu olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, soyğunçu hadisədən yarım saat sonra saxlanılıb.

Rəsmilər oğurluq edən şəxsin Rusiya vətəndaşı olduğunu və bölgəyə səfəri zamanı qanuni yolla əldə etdiyi tüfənglə soyğunu gerçəkləşdirməyə çalışdığını açıqlayıblar.