Avropanın ən varlı adamı müəyyənləşib.
Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, bu "Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupunun prezidenti Bernar Arno olub. İş adamının ümumi varidatı 70,7 milyard dollara yaxındır.
Bernar Arnonun liderliyi ələ keçirməsinə "Christian Dior” şirkətinin səhmlərinin bahalaşması səbəb olub. Fransalı milyarder indiyədək Avropanın ən varlı adamı hesab olunan "İnditex” şirkətlər qrupunun sahibi Amansio Orteqanı geridə qoyub. İspan iş adamının var-dövləti 70,2 milyard dollardır.
Bernan Arno ən varlı insanların dünya reytinqində isə dördüncüdür. Dünya reytinqinin ilk üçlüyünə həmçinin "Amazon" şirkətinin yaradıcısı Ceff Bezos, "Microsoft"un yaradıcısı Bill Geyts və amerikalı sahibkar Uorren Baffett daxildir.
Aydın
Şərhlər