Foto 11:20 01.09.2018

Avropanın ilk sualtı restoranı (FOTOLAR)

Norveçdə Avropanın ilk sualtı restoranı açılacaq.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, "Under" adlı restoran layihəsi 2019-cu ilin əvvəllərində tamamlanacaq.

Norveçin Bali şəhərində tikilən restoran maraqlı quruluşu ilə diqqət çəkir. Bura restorandan əlavə dənizdəki həyat şəraitinin araşdırılması mərkəzi kimi də fəaliyyət göstərəcək. Restoranı Snohetta şirkəti inşa edir. Şirkət Misirdəki İsgəndəriyyə kitabxanası və Norveç Milli Opera və Balet Teatrı binası üzərində apardığı işlərlə məşhurdur.

Böyük bir qranit daşdan inşa edilən binanın divarları təxminən 1 metr qalınlığındadır. Bunun nəticəsində dənizdəki molyusklar restoranın çöl divarının üzərinə asanlıqla yapışa bilərlər. Restoran dəniz səviyyəsinin 5 metr altında yerləşir.

Eni 11 metr enində, hündürlüyü isə 4 metr olan pəncərəsindən əsrarəngiz dəniz mənzərəsini seyr etmək mümkün olacaq.

Məkana "İnci" adının verilməsi də düşünülür.