Dünya 17:53 12.11.2018

Avropanın mərkəzində insan cəsədlərindən gübrə kimi istifadə olunacaq

Belçikanın paytaxtı Brüsseldə yeni cəzanə qaydaları müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, artıq insanları taxta tabutlarda yox, mumiyaya bənzər formada, kağız və ya kartona bükülərək basdırmaq mümkün ola biləcək. Basdırılmaq istəməyənlərə isə digər variantlar təklif edilir. Bunlardan biri insanın gübrəli torpağa çevrilməsidir. Cəsəd 12 ay ərzində ağaclardan əldə edilmiş xüsusi mikroorqanizmlərin köməyi ilə gübrəli torpağa çevrilərək əkin işlərində istifadə ediləcək. Digər variant isə meyitin xüsusi maddələrlə 4 saat ərzində yox edilməsidir. 

Yandırılmaq istəyənlərin küllərinin atılması üçün yeni yerlər də müəyyənləşdiriləcək.

Yeni qaydalar şəhərdəki qəbirstanlıq qıtlığını aradan qaldırmaq və ətraf mühitə daha az zərər vermək üçün qəbul edilib. 

Gülşən