Sənət 18:45 18.09.2018

Avroviziyada Azərbaycanı bu qız təmsil edəcək (FOTO)

İctimai Televiziya və Radio Yayımları Şirkətində "Uşaq Avroviziya-2018” mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbirdə Azərbaycanı yarışmada təmsil edəcək ifaçının adı açıqlanıb. Bildirilib ki, bu il ölkəmizi sözügedən müsabiqədə Azərbaycanın "Qızıl kitabı”na adı düşən 13 yaşlı Fidan Hüseynova təmsil edəcək.

Tədbirdə kanalın mərkəzi aparatının rəhbəri Faiq Qürbətov, İTV-nin Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva iştirak ediblər. Onlar noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avroviziya yarışması ilə bağlı sualları cavablandırıblar. Fidanın yarışmada səsləndirəcəyi mahnının adının yaxın günlərdə açıqlanacağı deyilib.

"Fidan altıncı sinfə gedir. Onun tək məşğuliyyəti musiqi deyil. Fidan həm də basketbol, şahmatla məşğul olur. İstedadlı uşaqdır, buna görə də namizədliyini İTV təsdiqlədi” deyə, L.Quliyeva açıqlamasında bildirib.

Mətbuat konfransında Fidan "Sarı gəlin” mahnısını səsləndirib.