Dünya 14:10 11.02.2019

Avstraliya və Fransa arasında 50 milyardlıq hərbi razılaşma

Avstraliya və Fransa arasında 50 milyard dollarlıq hərbi razılıq əldə edilib.

Qaynarinfo xəbər verir ki, Avstraliya Baş Naziri Skott Morrison Fransanın "Naval Group" şirkətinə 12 ədəd sualtı qayıq sifarişinin verildiyini açıqlayıb. Razılaşmanı Avstraliya Müdafiə Naziri Kristofer Payn və Fransa Silahlı Qüvvələr Naziri Florens Parli imzalayıb.

"HMAS Attack" adlı ilk sualtı qayıq 2030-cu ildə təhvil veriləcək.

Gülşən