Dünya 16:47 20.05.2019

Avstraliyada parlament seçkilərinin ilkin nəticəsi açıqlandı

Avstraliyada 18 mayda keçirilən parlament seçkilərinin ilkin nəticələri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, səslərin təxminən 80%-i artıq sayılıb. Baş nazir Skott Morrisonun rəhbərlik etdiyi konservativ koalisiyanın parlamentdə 77 yerə sahib çıxması gözlənilir. Hökuməti qura bilmək üçün minimum 76 yer əldə etmək lazımdır. 

İşçi Partiyası isə 68 yer qazana bilib.

Gülşən