Dünya 11:48 05.02.2019

Avstraliyada sel fəlakəti: 500-dən çox ev su altında qaldı

Avstraliyanın Kvinzlənd ştatında şiddətli yağışlar selə səbəb olub.

Qaynarinfo xəbər verir ki, təbii fəlakət 500-dən çox evin su altında qalmasına, çox sayda insanın evlərini tərk etməsinə səbəb olub. Taunsvil qəsəbəsində elektrik verilişində problem yaranıb. Ərazidə 20 min evin su altında qalma təhlükəsi var. Avstraliya Meteorologiya Bürosu qasırğa barədə xəbərdarlıq edib.

Gülşən