Avstriyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Sebastian Kurz açıqlama verib və koalisiya hökumətinin artıq dağıldığını, sentyabrın əvvəllərində seçkilərin keçiriləcəyini bildirib.
Qeyd edək ki, cümə günü ölkənin vitse-kansleri Haynz Kristian Ştraxenin qalmaqallı videosu yayılıb. 2017-ci ilə aid görüntülərdə Ştraxe varlı rus qadından seçkilərdə maddi dəstək istəyir, qarşılığında isə Avstriyada bəzi layihələri Rusiyaya vəd edir. Video yayılandan sonra vitse-kansler bütün vəzifələrindən istefa verdiyini açıqlayıb.
Gülşən
Şərhlər