Dünya 17:05 01.07.2020

Avstriyada vəziyyət ciddiləşdi: COVİD-19 yenidən vüsət aldı

Avstriyada koronavirus virusuna yoluxanların sayının artması ilə əlaqədar vəziyyət narahatlıq doğurur. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Avstriyanın Səhiyyə naziri Rudolf Anşober deyib. Onun sözlərinə görə, son bir gündə ölkədə 107 yeni yoluxma hadisəsi qeydə alınıb. Avstriyada hazırda 677 şəxs xəstəliyin aktiv mərhələsindədir.

"Beləliklə, bir neçə həftədə ilk dəfə olaraq yenidən üçrəqəmli sahədəyik. Bu, çox ciddi qəbul etdiyimiz xoşagəlməz vəziyyətdir", - nazir deyib.

Öz növbəsində, ölkənin Xarici İşlər naziri Aleksandr Şallenberq koronavirusun yayılması ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən avstriyalıları Qərbi Balkanlara səyahət etməməyə çağırıb. Bu sıraya Monteneqro, Albaniya, Serbiya, Makedoniya, Bosniya və Herseqovina, eyni zamanda Kosovo daxildir.

İndi Avstriya Portuqaliya, İsveç və İngiltərə istisna olmaqla 32 Avropa ölkəsi üçün COVID-19 məhdudiyyətlərini ləğv edib.

Alpər