Video 11:34 03.04.2020

Avtobus dayanacaq pavilyonları dezinfeksiya olunur (VİDEO)

Şəhər nəqliyyat sistemində əks epidemik tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu çərçivədə gündəlik olaraq avtobus dayanacaq pavilyonları da dezinfeksiya olunur.

Dayanacaq məntəqəsindəki ödəmə terminalları da xüsusi dərman məhlulları ilə təmizlənir.

Avtobusların dezinfeksiyası da gündəlik olaraq davam etdirilir.