Avtomobil təmiri sexində partlayış: yaralılar var

Avtomobil təmiri sexində partlayış: yaralılar var

Bərdə rayonunda avtomobil təmiri sexində partlayış olub.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndindəki avtomobil sexində baş verib.

Rayonun Kələntərli kənd sakini, 1970-ci il təvəllüdlü Orucov Habil Bəhlul oğluna məxsus avtomobil sexində yanğınla nəticələnən partlayış olub. Hadisə nəticəsində sexin sahibi və onunla birlikdə həmin sexdə işləyən Alaçadırlı kənd sakini, 1961-ci il təvəllüdlü Qasımov Telman Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yeləşdirilib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəsarətləri ağır olduğundan onlar Bakı şəhərinə, Respublika Yanıq Mərkəzinə göndəriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR