Ölkə 22:56 07.10.2017

Avtomobili sudan necə mühafizə etmək olar?

Son günlər ölkə ərazisində hava şəraiti yağışlı keçdiyindən avtomobil ustalarına yanına içinə su dolduğundan nasazlıq yaranan çoxlu sayda avtomobil gətirilib.

"Qaynarinfo" "Xəzər TV"yə istinadən məlumat verir ki, mütəxəssislərin belə halla qarşılaşan sürücülərə tövsiyələri var.

Mütəxəssislər isə bildirir ki, bu halla qarşılan sürücülər bəzi nüanslara fikir verərsələr daha az xərclə xilas ola bilərlər. Məsələn, avtomobil suyun içindədirsə onu işə salmaq olmaz, əksə halda ziyan bir neçə dəfə arta bilər.

Qaynarinfo.Az