Xəbər lenti

Avtoritetlərə görə həbs olunan rəisin səhhətində problem yaranıb
Ölkə 22:58 25.12.2017

Avtoritetlərə görə həbs olunan rəisin səhhətində problem yaranıb

Bakıda 2 məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov vəkili ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə C.Səmədovun vəkili məlumat verib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində bəzi problemlər yaranıb: "Saxlanma şəraiti normaldır, lakin səhhətində müəyyən problemlər var. Onun boyun və ürək nayihələrində problem yaranıb. Bununla bağlı özü Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə müraciət edib. Məntəqədən həkim briqadası onu müayinədən keçirib və hazırda müalicə edirlər".

Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu MəmmədovƏli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd olunub ki, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->