Siyasət 19:59 27.01.2022

Çavuşoğlu: "Azərbaycan da öz fikirlərini desin, Ermənistan da"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Mərkəzi Afrika Respublikasından olan həmkarı Silvi Baipo Temon ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ermənistanla Azərbaycan arasındakı münasibətlərə də toxunub.

O, hər iki tərəfin Antalyada keçiriləcək Beynəlxalq Diplomatik Foruma (ADF) dəvət edildiyini bildirib.

"Biz Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı və ölkənin xüsusi nümayəndəsi Ruben Rubinyanı da dəvət etdik. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, dəvət etdiyimiz şəxslər ADF-yə qatıla bilər. Biz məmnun olarıq, çünki Azərbaycan da gəlir. Burada Azərbaycan da öz fikirlərini desin, Ermənistan da. Bu, tərəflər arasında etimadın yaranması istiqamətindəki addımlarının tərkib hissəsi ola bilər”, - deyə nazir qeyd edib