Siyasət 20:32 29.03.2013

AXCP sədrinin müavini ABŞ-a gedir

Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı sabah ABŞ-a yola düşür.

Bu barədə məlumat verən Fuad Qəhrəmanlı bildirib ki, ABŞ-da keçiriləcək görüşlərin qrafiki artıq hazırdır. Onun sözlərinə görə, aprelin 1-dən 4-dək ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi, Milli Demokratiya İnstitutu və Konqresdə görüşlər nəzərdə tutulub: "Səfərin məqsədi ABŞ-da Azərbaycandakı seçkiqabağı mövcud ictimai-siyasi vəziyyət və seçki ilə bağlı məsələləri müzakirə etməkdir”.

F.Qəhrəmanlı görüşlərin nəticəsi ilə bağlı mətbuata ətraflı məlumat verəcəyini də qeyd edib. //APA