Sağlamlıq 14:27 09.12.2017

Çaya bu əlavələri etməklə dərmana çevirə bilərsiniz (SİYAHI)

Çay ən çox istifadə olunan içkilərdən biridir. Bir fincan ətirli isti çay yalnız dadlı deyil, həmdə olduqca faydalı ola bilər. 

Qaynarinfo-nun məlumatına görə, çayı bu əlavələrlə hazırlasanız, görərsiniz ki, adi bir içkini necə gözəl, heyranedicidi dad və təkrarolunmaz ətirli bir içkiyə çevirmək olar.
 

 
1. Qurudulmuş sitrus qabıqları

Limon, portağal və digər sitrus meyvələrinin qabıqlarını qurudun. Bunları çaya əlavə edərək siz yalnız ətirli içki deyil, həm də faydalı bir dərman əldə edəcəksiniz.
 

 
2. Qurudulmuş qaragilə və ya böyürtkən giləmeyvələri

Bu giləmeyvələrlə çay təmizləyici təsirə malikdir. Mədə-bağırsaq traktının xroniki xəstəliklərinin qarşısını almağa yardımçı olur. Bu cəhəti xüsusi ilə zəhərlənmə zamanı aktualdır. Böyürtkən çayı həm də, mədə və bağırsaqlarda xroniki xəstəliklər zamanı, qanaxmanın qarşısını alır.
 

 
3. Yasəmən çiçəkləri

Ümumi gücsüzlük, halsızlıq və yorğunluq sindromunda çox faydalıdır. Yasəmən iştahı artırır, aşağı qan təzyiqini yüksəldir, mədənin selikli qişasının iltihabını aradan qaldırır.
 

 
4. Zəncəfil kökü

Bu maddələr mübadiləsini aktivləşdirməyə qadir olan ən faydalı tonuslaşdırıcı vasitələrdən biridir. Çayı hazırlamaq çox sadədir, zəncəfili xırdalayıb üzərinə qaynar su əlavə eləmək kifayətdir. Zəncəfil ilk növbədə isidici və gümrahlaşdırıcı xüsusiyyətləri ilə tanınır. Çox vaxt onu arıqlamaq üçün, aktiv yağ yandırıcı kimi istifadə eləyirlər.
 

 
5. Həmişəbahar çiçəyi

Bu ətirli çiçəklərin toxumları və ləçəkləri nəhəng bakterisid təsirə malikdirlər. Əgər üfüqdə soyuqdəymə və angina görünürsə, onda bu onları cay üçün əvəzolunmaz əlavəyə çevirir.
 

 
6. Lavanda çiçəyi ilə çay

Nevroz, stress və depressiyalar zamanı bu çox faydalı bir vasitədir. Bu spazmaları qaldıran güclü sakitləşdirici vasitədir.
 

 
7. Nanə

Nanəli çay haqqında hamı bilir. Nanəli çay qədər çox az sayda sakitləşdirici vasitə var. Nanənin ətirli qoxusu axşam vaxtı dincəlməyə, bronxial öskürəyi sakitləşdirməyə, soyuqdəymə zamanı hərarəti aradan qaldırmağa qadirdir.
 

 
8. Razyana meyvəsi

Razyana - ağciyər, boğaz, bağırsaq və böyrək iltihabları xəstəlikləri zamanı ən əla vasitədir. Üstəlik razyana çayının tamıda çox gözəldir.

Nərmin Həsənli