Xəbər lenti

Foto 23:06 08.01.2021

“Ayağımın birini itirdiyimi mənə hiss etdirmədilər” - Ailə həyatı quran qazimiz

"Ayağımı itirməyim mənə ciddi problem yaratmır. Mülki həyatımda çətinlik çəkmirəm"

Qaynarinfo xəbər verir ki, bunu ötən gün ailə həyatı quran qazi Abbas Yusifov deyib.

Sosial şəbəkələrdə nikah mərasimindən fotoları paylaşılan qazi gələcəyə nikbin baxdığını bildirib:

"Döyüşlərdən qabaq nişanlı idim. Biz 2017-ci ildə tanış olmuşuq. Sevdiyim xanım öz kəndçimdir. 2019-cu ildə nişanlanmışıq. Cəbhədə olanda əlaqə saxlayırdım. Bilirdim ki, nişanlım məni heç vaxt atmaz. Evliliyimiz indiki vaxta, qazi olduğum dövrə təsadüf etdi. Mənə istər öz ailəm, istərsə də yoldaşımın ailəsi dəstək oldu. Ayağımın birini itirdiyimi mənə hiss etdirmədilər”.

Qeyd edək ki, leytenant A.Yusifov Qazax rayonunun Aslanbəyli kəndində yaşayır. O, Suqovuşanın erməni işğalından azad olunması uğrunda döyüşlərdə iştirak edib. Ötən il sentyabrın 30-da minaya düşərək ağır xəsarətlər alıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->