Ayana 3 min manata yaxın səs göndərdi (FOTO/VİDEO)

Ayana 3 min manata yaxın səs göndərdi (FOTO/VİDEO)

"Maşın” şounun dünənki buraxılışı şou gündəmini zəbt edib.  

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki,  müğənni Fuad Musayevin həmkarı Ayan Babakişiyevanı hədəf seçməsi oyunun gərgin keçməsi ilə nəticələnib. Belə ki, Ayan Fuadın onu şəxsi məsələlərə görə oyundan çıxarmaq istədiyini bildirib. 

Eyni zamanda A. Babakişiyeva qızının atası Füzuli Musayevin Fuadın qohumu olduğu üçün belə addım atdığına eyham vurub. O, bir neçə dəfə göz yaşlarını saxlaya bilməyib. Oyunda böyük üstünlük F. Musayevdə olsa da, sonda rekord sayda "getsin"ə (83.08) səs göndərilib və Ayan yarşmada qalıb. 


Şouda Xalq artisti Bilal Əliyev, meyxanaçı Aqşin Fateh Fuadla birləşərək sənətçiyə psixoloji basqı tətbiq ediblər. Bundan sonra sosial şəbəkələrdə hər üç ifaçı tənqid edilib və Ayana dəstək paylaşımlara çoxalmağa başlayıb. Şou-biznesin məşhur simaları da sənət dostlarına səs istəyiblər.  

Əməkdar artist Röya Ayxan Türkiyədə olsa da, instaqram səhifəsində video paylaşaraq çağırışına dəstək olan dostlarının Ayana səs verdiyini və kövrəldiyini bildirib. 

Prodüser Tarix Əliyev də Ayana dəstək olan tanınmışlardan olub.  Hətta o, iş xanımı Ruhi Əliyevanın ona atdığı videonun görüntülərini paylaşaraq hər kəsin Babakişiyevaya dəstək olduğunu bildirib. 

Sözügedən paylaşımda R. Əliyeva Fuad Musayevin yarışmadan kənarlaşması üçün 26 səs verdiyini bildirib. 4550 SMS nömrəsinə göndərilən səslər "Azəricard” vastiəsilə tətbiq edilib.  1 səs iki AZN-dən hesablanarsa, Ruhi Əliyeva 26 dəfə 50 səs göndərib və bu isə 2600 manat edib. 

XƏBƏRLƏR
BLOGLAR