Siyasət 13:06 03.09.2013

Ayaz Mütəllibov hardadır?

Bir aya yaxındır Bakını tərk edən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov hələ də geri qayıtmayıb. Qaynar.info xəbər verir ki, bu barədə Modern.az saytına Ayaz Mütəllibovun yaxın dostu, ASDP sədri Araz Əlizadə məlumat verib.

A.Mütəllibovun hazırda Bakıda olmadığını deyən ASDP sədri onun nə zaman qayıdacağından xəbərsiz olduğunu deyib. A.Əlizadə hətta eks-spikerin harada olmasını da bilmədiyini bildirib.

“Ayaz müəllim hazırda Bakıda deyil. Bilmirəm hardadır. Onun nə zaman Bakıya qayıdacağından da xəbərsizəm”-deyə partiya sədri qeyd edib.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlarda Ayaz Mütəllibovun doğma Şamaxı şəhərində olduğu bildirilir.  Onun hazırda Şamaxıya yaxın dostlarından birinin dəvəti ilə getdiyi qeyd edilib.

Qaynar.info