Video 12:02 15.05.2019

AYB-dən 8000 manata icarəyə verdiyi kluba striptiz şou XƏBƏRDARLIĞI

Azərbaycan Yazıçılar Birliyi icarəyə verdiyi striptiz şou nümayiş etdirilən "Hot Room Club"un rəhbərliyinə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Unikal.org-a AYB-nin Təsərrüfat şöbəsinin müdiri Əlibala Əliyev məlumat verib. O, bildirib ki, klubla bağlı mətbuatda yazılanlar nəzarətə götürülüb:

"Bizim o klubla bu ilin noyabr ayına kimi müqaviləmiz var. Müqavilənin aylıq qiyməti 8000 manatdır. Biz videoda olan halların aradan qaldırılması üçün klubun icarədarına xəbərdarlıq etdik. Bu cür halların bir də təkrarlanmamasını tapşırdıq".

Qeyd edək ki, bu klubun sahibi Roşka Roş adlı reperdir.  "Hot Room Club"da açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər. 

Xatırladaq ki, bundan əvvəl burada "26” - "Twenty six” adlı kafe başqa adla gecə klubu fəaliyyət göstərirdi.  Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.