AYB-yə üzv olmasından 15 il ötən yazıçı birliyin “xeyrindən” yazdı

AYB-yə üzv olmasından 15 il ötən yazıçı birliyin “xeyrindən” yazdı

"Dünən, 19 iyunda Yazıçılar Birliyinə üzv olmağımın 15 ili tamam odu. O zaman ərizəm götürüləndən bir il sonra heç kimsədən təqdimat almadan qəbul komissiyası razılıq vermişdi”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri yazıçı Rövşən Yerfi öz sosial şəbəkə hesabında qeyd edib. O, üzvlük üçün ərizə yazdığı zamanları yada salıb: 

"Üzvlüyə ərizəni yazanda düşünmüşdüm: əgər layiqəmsə, niyə də istəməyim? Nə vaxtsa istəməməyimə peşman olaram, ziyanı olmaz... 

Həqiqətən ziyanı olmadı. Xeyri oldu ki, bu təşkilatın mənim üçün gərəksiz bir qurum olmasını əyani dərk etdim. Ona görə ki, ötən 15 ildə Birliyin üzvlük vəsiqəsindən başqa üzərimdə hansısa bir təsirini, varlığını görmədim. Bir dəfə də olsa itirilib-axtarılmamışam, AYB adından istənilən bir tədbirə, iclasa çağırılmamışam. Yəni oraya aid olub-olmamağımın fərqini duymamışam. Elə bu səbəbdən 5 ildir ki, üzvlük haqqı da ödəmirəm. Bunun üçün üzvlükdən azad edəcəklərsə, qoy eləsinlər, qəti qorxusu yoxdur.

Çoxdan bacarardım, mən də bəziləri kimi bir neçə saytda xəbər yayardım ki, üzvlükdən çıxıram. Nə olsun, nə əhəmiyyəti? Yaxşı halda qazancım AYB-nin "biz belə adlı adamı ümumiyyətlə tanımırıq" ifadəsi olacaqdı... Və yaxud çox işlətdikləri: "sən AYB üçün nə etmisən ki, diqqət də istəyəsən" cümləsini eşidəcəkdim...

Ortada bir üzvlük vəsiqəsi var, hesab edək ki, heç o da yoxdur. Olsa-olsa 15 il əvvəlin bir xatirəsidir...”
 
X
XƏBƏRLƏR
BLOGLAR