Ölkə 13:23 20.01.2019

Aybəniz Haşımova dəhşətli gecədən danışdı

"20 Yanvar gecəsini heç unutmadım. Günahsız yerə millətimin qanı töküldü... Bu işdə birbaşa əli olan Qorbaçovun və digərlərinin Allah cəzasını versin".

Qaynarinfo teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova bildirib.

Onun sözlərinə görə, "Vətən" cəmiyyətinin xətti ilə Türkiyə səfərinə hazırlaşırmış və məşqdən evə qayıdanda "Qızıl ordu dairəsi"ndə bütün yolların bağlandığını görüb:

"İnsanlar küçələrdə təşviş içindəydilər. Soruşdum, bu nədir? Dedilər, rus qoşunları şəhərə girməsin deyə insanlar toplaşıb. Çox keçmədi, yaşadığım evin eyvanında dayanıb hadisənin hara varacağını həyəcanla izləyirdim ki, birdən tanklardan dayandığım eyvana atəş açıldı, insanların qışqırığı, fəryadı göylərə qalxdı. Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım".