Foto 14:46 24.03.2019

Aydın Xırdalanlı son mənzilə yola salındı (FOTO/YENİLƏNİB)

 
Dünən vəfat edən tanınmış meyxanaçı Aydın Xırdalanlı Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, onun dəfninə ailəsi, sevənləri və sənət dostları qatılıb.

***13.20

Xəbər verdiyimiz kimi, söz xiridarı, məşhur meyxanaçı Aydın Xırdalanlı uzun sürən ağır xəstəlikdən (qaraciyər serrozu) sonra ötən gün dünyasını dəyişib. 

Mərhum meyxanaçının nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirilib.

A.Xırdalanlının yas mərasiminə qohumları, yaxın dostları, həmkarları Rəşad Dağlı, Mehman Əhmədli və digər söz ustadları qatılıb.

Mərhum meyxanaçının ailə üzvləri Aydının evində çəkiliş aparılmasına icazə verməyiblər.

Qeyd edək ki, söz ustası Aydın Quliyev Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq. (oxu.az)