Video 21:00 23.03.2019

Aydın Xırdalanlının ölüm səbəbi bəlli oldu (VİDEO)

Xəbər verdiyimiz kimi, məşhur azərbaycanlı meyxanaçı Aydın Xırdalanlı bu gün vəfat edib.

Buta.media-nın məlumatına görə, tanınmış meyxana ustası uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Bir neçə ay öncə "Azad Azərbaycan” telekanalında aparıcı Nanə Ağamalıyevanın "Show ATV” verilişində qonaq olan meyxanaçı səhhətindəki problemlər üzündən sonadək proqramda qala bilməmişdi.

Qaraciyər serrozundan əziyyət çəkən meyxanaçının səhhəti son zamanlar daha da pisləşmişdi.

Bundan əvvəl, sənət ustası özü də açıqlamalarında narkotikdən istifadə etdiyini etiraf etmişdi.