Maqazin 11:11 11.04.2019

Aygün Kazımova ölümlə hədələnib

Xalq artisti Aygün Kazımova ölümlə hədələnib.  

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məşhur müğənninin köməkçisi Almaz Mustafayeva məlumat verib. 

O, MTV-də yayımlanan "Üç canlı” proqramında  qonaq olarkən hadisənin "Aygün bir gün” adlı solo konsertindən bir gün əvvəl baş verdiyini qeyd edib:

"Aygün Kazımovanı konsertindən qabaq hədələmişdilər. Telefonla zəng vurub dedilər ki, sabah səhnəyə çıxsan, səni öldürəcəyik. Bir anlıq donub qaldı. Bu, solo konsertindən bir gün qabaq baş verdi. O gündən sonra çalışıram ki, Aygün xanım konsert ərəfəsində telefona yaxınlaşmasın”.