Maqazin 18:55 24.10.2014

“Aygün Kazımovanın psixoloji problemləri var”

Müğənni Aygün Kazımovanın instraqramda yaydığı yeni fotosu qalmaqala səbəb olub. Belə ki, müğənni bu dəfə sosial şəbəkədə alt geyimində, başında bəzəkli uşaq papağı, yanında “kukla” olan fotosunu paylaşıb. Müğənninin bir çox izləyiciləri buna görə onu qınayıblar.

Bəs görəsən, müğənnini belə hərəkətlər etməyə nə vadar edir? Psixoloq Elnur Rüstəmov deyir ki, bu kimi hərəkətlər heç də yaxşı haldan xəbər vermir. O, sənət adamlarının, tanınmışların zaman keçdikcə psixikasında belə narahatçılıqların olduğunu da bildirdi: “Onların qorxuları yaşa dolmaları, unudulmaq, diqqətdən kənarda qalmaqdır. Bu narahatçılıq onlarda bir sıra psixoloji problemlərə yol açır. Burada yaş faktoru da var”.

Psixoloq, zaman keçdikdə sənət adamlarının psixologiyasında bu kimi halların baş verməsinin yaxşı nəticələnmədiyindən danışdı. E.Rüstəmov müğənninin psixologiyasında bundan sonra yarana biləcək pozuntularla bağlı mütləq mütəxəssislərə müraciət etməli olduğunu dedi: “İstər psixoloq olsun, istərsə də ilahiyyatçıdan mənəvi dəstək alsın. Belə insanların psixoloji yardıma çox ehtiyacı var. Əsas odur ki, bu adam danışsın, içini töksün. Nə istədiyi ona bir daha bəlli olsun. İnsan içində çəkdikcə, ölçüb-biçdikcə, yanlış qərarlar verə bilir. Adekvat olmayan hərəkətlər də edə bilər. Alt paltarı ilə şəkil paylaşmaq etikadankənar məsələdir. Ola bilər ki, Aygün Kazımova belə məsələlərlə diqqət çəkmək istəsin. Düşünürəm ki, buna müsbət reaksiya olmayacaq. Əksinə, neqativ reaksiya olacaq. Əslində Aygün xanımın yaşı da o yaş deyil ki, uşaq papağı qoysun, kukla ilə oynasın. O, başqa bir formada cəmiyyətə örnək ola bilər. Bir kitab oxuyub, bunu paylaşa bilərdi. Hansısa uşaq evini ziyarət edib, bunu paylaşa bilərdi. Daha münasib şeylər etmək olardı. Hansı ki, ondan sonra da 5-6 nəfər o addımı təkrarlayardı”.

Bu kimi hərəkətlərlə özünü gülünc vəziyyətdə qoyan müğənni, belə davam edəcəyi təqdirdə yaxınlarda şizofreniya xəstəliyinə tutula bilərmi? 

Bu suala psixoloqun cavabı belə oldu: “Ayğünün psixoloji vəziyyəti yaxşı deyil. Yaxşı olardı ki, bizim o, bunu nəzərə alaraq lazımi addımlar atıb, həkimə müraciət etsin. Çünki sonra gec ola bilər..." Analitik.az

Qaynar.info