İdman 14:53 24.05.2019

Azad Rəhimov: "Bakı finala hazırdır"

"Bakı Avropa Liqasının final matçına tam hazırdır".

Qaynarinfo xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov Türkiyənin Anadolu Agentliyinə (AA) açıqlamasında deyib.

Nazir bildirib ki, bu ölkəmiz üçün böyük sınaq olacaq: "30 midən artıq əcnəbi azarkeş Bakıya gələcək. Bu bizim üçün böük sınaq olacaq. UEFA nümayəndələri stadionu yoxlayıb. Bütün sistemlərimiz problemsiz çalışır. Azarkeşlərin hava limanından bura rahat gəlməsi üçün hər şey düşünülüb".

Bakının Avropa Oyunları, İslam Həmrəylik Oyunları və Formula 1 kimi böyük tədbirlərə ev sahibliyi etdiyin, amma belə önəmli futbol yarışının ilk dəfə ölkəmizdə keçiriləcəyini bildirən Azad Rəhimov azərbaycanlı futbolsevərlərin də bu matçı həyacanla gözlədiyini deyib.