Dünya 10:15 21.07.2013

Azad Suriya Ordusu Rusiya səfirliyini raketlə vurdu

Yerli Koordinasiya Komitəsi siyasi şöbəyə maddi ziyanın dəydiyini qeyd edib və əlavə heç bir açıqlama verməyib.

Azad Suriya Ordusu Rusiya səfirliyini roketlə vurdu. Musavat.com-un xarici xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Azad Suriya Ordusuna bağlı birliklər, Rusiyanın Şamda yerləşən səfirliyinin siyasi araşdırmalar şöbəsini “Katyuşa” raketi ilə vurub. 

Suriyanın Koordinasiya Komitəsi, Azad Suriya Ordusuna bağlı birliklərin, Rusiya səfirliyinin önündə yerləşən siyasi araşdırmalar şöbəsinə 5 ədəd “Katyuşa” rafetinin atıldığını deyib. Yerli Koordinasiya Komitəsi siyasi şöbəyə maddi ziyanın dəydiyini qeyd edib və əlavə heç bir açıqlama verməyib.// anspress

Qaynar.info