Ekonomiks 18:27 10.03.2020

"AzALES"in texniki dəstəyi “Pronet”ə həvalə olundu

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi olan "AzALES”, ölkənin ən böyük İT proqram təminatçısı şirkətlərindən biri olan "Pronet” MMC-nin xidmətləriylə daha da inkişaf etdiriləcək. 

Belə ki, sözügedən bu sistem, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi üçün Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Sistemin mahiyyəti aqrar sahə üçün ayrılan kreditlərin risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə daha sürətlə baxılmasına, fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırmaqdan ibarətdir. Eyni zamanda, bank və kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri düzgün qiymətləndirmək üçün şərait yaradılması da "AzALES”-in köməkliyi idarə olunur.

"Pronet” MMC sistemin texniki dəstək xidmətini həyata keçirəcək.

"AzALES”-in fəaliyyətinin daim stabil saxlanılması, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar, eləcə də bu sahəyə aid olan biznes subyektlərində müştəri məmnuniyyətini əsas tutan Aqrar Kredit və İnkişaf Agentliyi tətbiq olunmuş sistemin texniki dəstək xidmətlərinin yerinə yetirilməsi üçün "Pronet” MMC ilə razılığa gəlib.

17 ildir ki, Azərbaycan İT bazarında fəaliyyət göstərən Pronet, dövlət və özəl sektora aid olan idarəetmə subyektlərinin böyük holdinq və müəssisələrinin daxili idarəetmə sistemlərinin avtomatlaşdırılması üzrə ixtisaslaşıb.

Müştəri məmnuniyyətinin artırılmasına fokuslanmış strategiyaya sahib olan şirkətdən verilən məlumata görə "AzALES”-in texniki dəstəyinin həyata keçirilməsi və agentlik tərəfindən göstərilən bu etimadın doğrultması üçün böyük bir komanda sırf bu layihəyə ayrılıb və sistemin daim sürətli və inkişaf edən bir xəttlə fəaliyyət göstərməsi üçün ən son innovativ texnoloji yeniliklərin tətbiq olunacağı bildirilir.

Onu da qeyd edək ki, "AzALES”-in xidmətlərindən artıq "Azərbaycan Beynəlxalq Bankı”, "Unibank”, "Muğanbank” kimi önəmli bank təşkilatları istifadə edir. Aldığımız məlumata əsasən yaxın günlərdə ölkədə fəaliyyət göstərən bir çox digər banklar da bu sistemin faydalarından yararlanacaq.