İdman 13:40 20.08.2013

Azarkeşlər hakimin evinə hücum çəkdilər

Dünən keçirilən “Sumqayıt” - “Qəbələ” oyununda baş verən hadisələr hələ də müzakirə olunmaqdadır. Məsələ burasındadır ki, 1:2 hesabı ilə məğlub olan komanda referi Orxan Məmmədovun idarəçiliyindən narazıdır 

Olimpiya.az saytı xəbər verir ki, “Qəbələ” kapitanı Vladimir Levinin meydançadan qovulmasından, penalty qərarından və ümumilikdə qərəzli idarəçilikdən narazıdır. Səfər oyununun səs-küyü artıq Qəbələyə də çatıb. Belə ki, yerli azarkeşlər, eləcə də camaat Orxan Məmmədovun mövqeyini başa düşə bilmirlər. Azarkeşlər olimpiya.az saytına bildiriblər ki, Orxan Məmmədov əslən qəbələlidir. Və ev-eşiyi də Qəbələdə yerləşir. Və fanatlar onun evinə hücum təşkil ediblər. Amma məsələdən hali olan polis bunun qarşısını alıb. Qəbələli fanatlar hesab edirlər ki, Orxan Məmmədov qərəzlidir. Və onun qəbələli olduğu halda, şəhərin klubuna qarşı bu mövqeyi tutmasını başa düşə bilmirlər.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən “Qəbələ”klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bu barədə məlumatı olmadığını deyib: “ Azarkeşlərimiz oyun zamanı və oyundan sonra da hakimə qarşı narazıçılıqlarını ifadə edirdilər. Ancaq onun evinə hücum çəkmək və polisin işə müdaxiləsi xəbəri bir qədər şişirdilmiş xəbərdir. Ən azından bizdə bu barədə xəbər yoxdu”

Qaynar.info