Hüseynbala Səlimov
Ölkə 16:50 14.11.2013

Azər Hüseynbala "Gündəlik Teleqraf"dan getdi


“Gündəlik Teleqraf” yaranandan həmin qəzetdə çalışan Azər Hüseynbala işdən gedib.

2012-ci ildən çıxan qəzetdə əvvəlcə baş redaktorun birinci müavini olan Azər Hüseynbala son vaxtlar redaktor postu tuturdu. Noyabrın 13-də o, öz istəyi ilə redaksiyadan ayrılıb.

1962-ci ilin aprelində Şəkidə doğulan Azər Hüseynbala Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Azadlıq”, “Yeni Müsavat”, “Gündəlik Azərbaycan” qəzetlərində, “525-ci qəzet”də, “Media forum” saytında, “Trend” agentliyində, başqa media quruluşlarında çalışıb. “Şans” və “Hürriyyət” qəzetlərinin baş redaktoru olub. (mediaforum.az)