Ölkə 20:14 29.05.2018

Azər Qasımlı həbs edildi

Bu gün Yasamal Rayon Məhkəməsində Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis üzvü Azər Qasımlı barəsində inzibati həbs seçilib. 

APA-nın xəbərinə görə, o, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham irəli sürülüb. 

Məhkəmənin qərarı ilə A. Qasımlı 30 sutka müddətinə azadlıqdan məhrum edilib.