Ekonomiks 18:00 12.05.2021

Azərbaycan 4 il sonra Fələstinə mal ixrac etdi

Azərbaycan son 4 ildən sonra ilk dəfə bu ilin birinci rübündə Fələstinə mal ixrac edib.

"Margin.az" xəbər verir ki, 2021-ci ilin birinci rübündə Azərbaycandan Fələstinə 25.91 min ABŞ dolları dəyərində mal ixrac edilib. Bu dövr ərizində Azərbaycanın Fələstindən idxalı isə 228.95 min ABŞ dolları təşkil edib.

Əlavə edək ki, sonuncu dəfə 2017-ci ildə Azərbaycanın Fələstinə ixracı olub. Həmin dövrdə isə ixracın dəyəri isə 58.10 min ABŞ dolları təşkil edib.