Ekonomiks 11:34 05.11.2014

Azərbaycan bu layihəyə 928 mln. manat xərclənəcək

Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üçün müvafiq həcmdə maliyyə vəsaiti ayrılıb.

“APA-Economics” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib:” Bu məqsədlə 2015-ciilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub. Bunun bir qismi Dövlət Neft Fondunun büdcəsində nəzərdə tutulub. Dövlət Neft Şirkətinin bu layihələrdə iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həmin şirkətin nizamnamə kapitalına müvafiq həcmdə vəsait qoyulacaq və bu məqsədlər üçün 2015-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşun bəndində müvafiq vəsait nəzərdə tutulub”.

Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz  Boru Kəmərinin (CQBK) genişləndirilməsi,  Trans-Anadolu  Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üçün 928,0 mln. manatın sərf edilməsi nəzərdə tutulub. 

Qaynar.info