İdman 22:56 03.06.2019

Azərbaycan çempionatında komanda sayı və formatı müəyyənləşib

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə iştirak edəcək komandaların sayı və adları, həmçinin yarışın formatı müəyyənləşib.

ONA-nın məlumatına görə, çempionatla bağlı bütün suallara AFFA-nın İcraiyyə Komitəsi aydınlıq gətirib.

Komitənin bu gün "Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında təşkil olunan iclasında Birinci Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı dinlənilib. İclasdakı müzakirələrdən sonra qərara alınıb ki, Topaz Premyer Liqasında iştirakçı sayı və format dəyişməz qalsın. 2019/20 mövsümündə də 8 komanda dairəvi sistemlə dörd dövrədə mübarizə aparacaq. I divizionun ötən mövsümünün iştirakçılarından heç biri lisenziyalaşdırmanın şərtlərinə əmək etmədiyindən Premyer Liqada yeni komanda olmayacaq. Bu səbəbdən yüksək dəstədə sonuncu olan, lakin tələblərə cavab verən "Keşlə”nin Premyer Liqada saxlanılmasına qərar verilib.