İdman 21:55 01.02.2018

Azərbaycan çempionu avrokubokla vidalaşdı

Bu gün kişi voleybolçular arasında "Çelenc Cup”ın 1/8 final mərhələsinin oyunları keçirilib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Lokomotiv” mərhələnin cavab qarşılaşmasında Yunanıstan "Olimpiakos”unu qəbul edib.

Səfərdə 0:3 hesabı ilə uduzan Fərid Cəlalovun yetirmələri, ikinci matçda da 0:3 hesabı ilə məğlub olub.

Debüt mövsümündə 2 mərhələ adlayan "Lokomotiv” bununla da avrokubokla vidalaşmalı olub.