Ölkə 12:11 17.04.2019

“Azərbaycan Dəmir Yolları”nın maşinisti iş başında öldü

"Azərbaycan Dəmir Yolları”nın maşinisti yıxılaraq dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Qafqazinfo”ya ADY-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib. O qeyd edib ki, hadisə dünən səhər saat 10:45-də baş verib: "Belə ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus teplovozun maşinisti Şıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından Bakı Metropoliteninə gedən dəmir yolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıqdan oradan yıxılaraq ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb”.