Foto 14:49 18.03.2018

Azərbaycan deputatları Rusiyada keçirilən prezident seçkilərini müşahidə edir (FOTO)

Azərbaycan deputatları Rusiyada keçirilən prezident seçkilərini müşahidə edir.

Qaynarinfo report-a istinadən xəbər verir ki, müşahidə missiyasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun rəhbərlik etdiyi 6 deputatdan ibarət qrup iştirak edir.

MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçi mandatını deputat Rauf Əliyev, Mixail Zabelin, Elmira Axundova, Əli HüseynliSabir Hacıyev alıb.

Z.Əsgərov MDB ölkələri parlament sədrlərinin müşavirəsində Birliyin Parlamentlərarası Assambleyası missiyasının koordinatoru təyin olunub. Missiyanın tərkibinə ümumilikdə MDB-yə üzv dövlətlərin parlamentariləri və ali qanunverici hakimiyyət orqanlarından 40 müşahidəçi daxildir.

Dövlət başçısı postuna 8 nəfər iddia edir.