Ölkə 11:48 23.01.2018

Azərbaycan "Dünyanın ən yaxı ölkələri" siyahısında

ABŞ-ın "U.S. News & World Report" jurnalı 2018-ci il üçün "Dünyanın ən yaxşı ölkələri"nin siyahısını tərtib edib.
 
Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, Azərbaycan siyahıda 64-cü yerdə qərarlaşıb. Ötən il reytinqdə 69-cu olmuş Azərbaycan bu göstərici ilə 5 pillə irəliləyib.
 
Siyahıya İsveçrə başçılıq edir. Növbəti yerləri Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur. ABŞ 2017-ci ilə nisbətən bir pillə geriləyərək 8-ci olub. Türkiyə ötən il olduğu kimi, bu il də siyahıda 36-cı sıradadır.
 
Postsovet ölklərindən Rusiya siyahıda 26-cı, Latviya 59-cu, Ukrayna 69-cu, Qazaxıstan 70-ci, Belarus isə 72-cidir. Digər postsovet ölkləri, o cümlədən Gürcüstan və Ermınistan 80 ölkənin yer aldığı siyahıya düşə bilməyib.