Azərbaycan dövlәt büdcәsinin gәlirlәri artıb (FOTO)

Azərbaycan dövlәt büdcәsinin gәlirlәri artıb (FOTO)

2020-ci ilin yanvar-avqust aylarında dövlәt büdcәsinin gәlirlәri әvvәlki ilin eyni dövrü ilә müqayisәdә 7,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, büdcə gəlirləri cari dövrdə büdcə gəlirlərinin həcmi 16 milyard 37,24 milyon manata çatıb. 



Müvafiq dövrdə büdcə xərcləri isə 11,2 faiz artıb və 16 milyard 355,86 milyon manata çatıb. Büdcәnin icrasında yaranmış 318,62 milyon manatlıq kәsir ümumi daxili mәhsulun 0,7 faizinә bәrabәr olub.



Daxilolmaların 3 milyard 283,28 milyon manatı әlavә dәyәr vergisi, 1 milyard 830,46 milyon manatı hüquqi şәxslәrin mәnfәәt (gәlir) vergisi, 742,45 milyon manatı xarici iqtisadi fәaliyyәtlә bağlı vergilәr, 740,12 milyon manatı fiziki şәxslәrin gәlir vergisi, 561,97 milyon manatı aksizlәr, 220,66 milyon manatı sadәlәşdirilmiş vergi gəlirləri, 8 milyard 365,22 manatı isə digәr daxilolmalar hesabına tәmin edilib.

Xərclərin 2 milyard 976,13 milyonu iqtisadi fәaliyyәt, 2 milyard 486,16 milyonu ümumi dövlәt xidmәtlәri, 2 milyard 427,10 milyonu sosial müdafiә vә sosial tәminat, 2 milyard 217,43 milyonu müdafiә vә milli tәhlükәsizlik, 1 milyard 701,08 milyon manatını tәhsil üzrə vəsaitlər təşkil edib.
 


Mənbə: Oxu.az
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR