İdman 13:42 12.05.2020

Azərbaycan - Ermənistan qarşılaşmasının vaxtı açıqlandı

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb. Bildirilib ki, yarış 28 iyun - 3 iyul 2021-ci tarixlərində keçiriləcək.

Qeyd edək ki, yarışda iştirak edəcək Azərbaycan millisi B qrupunda Ermənistan, İrlandiya və Andorra yığmaları da mübarizə aparacaq. Avropa çempionatının bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.