Xəbər lenti

Foto 15:07 22.02.2020

Şəhid olan hərbçimiz dəfn edildi (FOTO/YENİLƏNİB)

Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçi dəfn edilib.

Qaynarinfo-nun APA-ya istinadən verdiyi xəbərə görə, Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
 
 ***14:16

Ağcabədi rayonunda Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən meyiti tapılan hərbçisi Akif Abbasovla vida mərasimi başlayıb. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, onu nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya başa çatdığı evinə gətirilib.

A.Abbasov Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->