Sənət 14:17 07.09.2014

Azərbaycan filminə Venesiya festivalında premyera

Venesiya Beynəlxalq Film Festivalı çərçivəsində Sala Darsena kinoteatrında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nabat” tammetrajlı bədii filmin təqdimatı keçirilib. 

Film tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

 Kinostudiyadan verilən məlumata görə, “Nabat” filminin Venesiya Beynəlxalq Film Festivalının əsas proqramına daxil olan “Horizontlar” proqramı çərçivəsində bu nümayişi ekran əsərinin ilk dünya təqdimatıdır. 

Təqdimat mərasimində filmin rejissoru Elçin Musaoğlu, baş rolun ifaçısı Fatimə Motamed Arya, filmin prodüseri Müşfiq Hətəmov iştirak ediblər. 

 Qaynar.info